Lukaşenko işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif edib

   Lukaşenko işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif edib
  16 May 2024    Oxunub:933
Belarus Prezidenti Aleksandr Lukaşenko işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana yardım təklif edib.
Belarus dövlət başçısı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə vurğulayıb ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra ən vacib və çətin məsələ ərazilərin bərpası və inkişafıdır. “Hazırda çətin dövrdür. Bu torpaqları dirçəltmək, insanları geri qaytarmaq lazımdır. Qalib gəldiniz, qələbəni qorudunuz, indi torpaqları dirçəltmək lazımdır”.

A.Lukaşenko qeyd edib ki, bu iş çox vaxt və böyük əmək tələb edəcək. Onun sözlərinə görə, Belarus bu istiqamətdə dəstək verməyə hazırdır.


AzVision.az


Teqlər:





Xəbər lenti