Ermənistanda sabiq deputat həbs olundu

   Ermənistanda sabiq deputat həbs olundu
  16 May 2024    Oxunub:1027
Ermənistan parlamentinin keçmiş üzvü Araqats Axoyan həbs edilib. O, milyonlarla dollarlıq oğurluqda və dələduzluq əməllərində təqsirli bilinir.
İstintaq Komitəsi cinayət işinin təfərrüatları barədə məlumat versə də hadisədə iştirak edən şəxsin adı çəkilmir. "Sputnik Ermənistan"ın məlumatına görə, söhbət Axoyandan gedir.

İstintaq Komitəsinin məlumatına görə, A. Axoyan 2010-2014-cü illərdə paytaxtın Ərəbkir inzibati rayonunda yaşayış kompleksinin tikintisi ilə məşğul olan iki şirkətə sahib olub.

O, tikilməkdə olan kompleksdə mənzil və dayanacaq almaq istəyən 6 nəfərdən ümumilikdə 274,7 milyon dram (704 min dollardan çox) götürüb, lakin sonradan pulu şirkətlərin hesabına köçürməyib və şəxsi ehtiyaclarına xərcləyib.

Axoyan həmçinin 2008-ci ildə ümumi dəyəri 110 milyon dram (282 min dollardan çox) olan bir neçə daşınmaz əmlak alıb. Lakin bu məbləğin yarıdan bir qədər çoxunu ödəyib. Daxil olan məlumat əsasında onun barəsində ittiham elan edilib və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Axoyana qarşı artıq ötən il ictimai zorakılığa çağırışlara görə iş açılıb. Siyasətçi etirazlarda iştirak edib. O, həbs olunsa da bu ilin yanvar ayının sonunda sərbəst buraxılıb və iş bağlanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti