Müdafiə naziri: "Slovakiya tarixinin ən kədərli anıdır"

      Müdafiə naziri:    "Slovakiya tarixinin ən kədərli anıdır"
  15 May 2024    Oxunub:1242
"Bu gün baş verənlər ölkəmiz üçün uzun illər unudulmaz qalacaq bir ləkədir".
AzVision.az xəbər verir ki, bu sözləri Slovakiyanın müdafiə naziri Robert Kalinak Baş nazir Robert Fitsonun əməliyyatı aparılan xəstəxananın qarşısında jurnalistlərə açıqlamasında söyləyib.

"Bütün diqqətimizi Robert Fitsonun vəziyyətinə bağlamışıq. Ümidvarıq ki, o, travmanın öhdəsindən gələcək. Bu gün Slovakiyanın 31 illik tarixinin ən kədərli anıdır. Baş nazirə hücum demokratiyaya, dövlətin özünə hücumdur", - nazir deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Slovakiya   nazir   Baş-nazir   sui-qəsd  





Xəbər lenti