Almaniyada Azərbaycanın turizm potensialı təbliğ edilir

Almaniyada Azərbaycanın turizm potensialı təbliğ edilir
  15 May 2024    Oxunub:990
Almaniyada turizm peşəkarlarının ən böyük görüş yerlərindən olan “IMEX Frankfurt 2024” sərgisi keçirilir.
Azərbaycandan olan bir qrup turizm şirkəti beynəlxalq sərgidə ölkəmizi təmsil edir. “IMEX Frankfurt” beynəlxalq sərgisində ölkəmizin turizm potensialı və bu il Bakıda keçirləcək COP29 barədə məlumatlar həmsöhbət tərəfdaşlara çatdırılıb.

“IMEX 2024” sərgisində dünyanın 200 ölkəsindən 2500-dən çox turizm şirkəti və digər təşkilatlar stend və pavilionla iştirak edir. Mayın 16-dək davam edəcək sərgini 15 mindən çox beynəlxalq peşəkar turizimçinin ziyarət edəcəyi gözlənilir.

Azərbaycanın bu cür tədbirlərdə iştirak etməsi xarici sərmayələrin cəlb olunması və ölkəmizin dünya turizm bazarında görüşlər məkanına çevrilməsinə xidmət edir.

Xatırladaq ki, MICE tipli sərgilərin məqsədi görüşlər, təşviqlər, konfranslar və sərgilərin təşkilidir.

AzVision.az


Teqlər:





Xəbər lenti