Niderlandın Baş naziri COP29-a dəvət edilib

Niderlandın Baş naziri COP29-a dəvət edilib
  15 May 2024    Oxunub:754
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin göndərdiyi dəvət məktubunu Niderlandın Baş naziri Mark Rutteyə təqdim edib.
Bu barədə səfir “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. “Niderland Baş nazirinin xarici siyasət və müdafiə üzrə müşaviri Adrian Eysselsteyn ilə görüşmək və Azərbaycan Prezidenti İlham Əliyevin Niderlandın Baş naziri Mark Rutteyə ünvanladığı COP29-da iştirakla bağlı dəvəti çatdırmaq mənim üçün böyük sevinc və şərəf idi. Əminik ki, Niderlandın Baş naziri və onun nümayəndə heyətinin fəal iştirakı iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığa töhfə verəcək”, - paylaşımda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti