Xaricilər Çinə investisiyaları kəskin şəkildə azaldıblar

   Xaricilər Çinə investisiyaları kəskin şəkildə azaldıblar
  23 Mart 2024    Oxunub:791
Yanvar-fevral aylarında Çinə xarici investisiya axını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,9% azalaraq 215,1 milyard yuan (təxminən 30 milyard dollar) təşkil edib.
Bu barədə “Reuters” Çin Xalq Respublikasının Ticarət Nazirliyinin məlumatlarına istinadən yazı. Bildirilib ki, sərmayəçilər bütün sektorlarda: texnologiyadan təhsilə qədər mövcud olan yerli tənzimləyicilərin repressiyalarından qorxublar.

Elə keçən il amerikalı iş adamları Çinə investisiya yatırılmasının təhlükəli olduğunu söyləyiblər. 2023-cü ildə Çinə birbaşa xarici investisiyalar illik müqayisədə 8% azalıb.

Çərşənbə axşamı, martın 19-da Çin Nazirlər Kabineti xarici sərmayənin azalması ilə mübarizə üçün yeni addımlar açıqlayıb. Bunlara bazara çıxışın genişləndirilməsi və bəzi qaydaların yumşaldılması daxildir.


AzVision.az


Teqlər:





Xəbər lenti