Yaponiya ilə Rusiya arasında ticarət dövriyyəsi kəskin azalıb

Yaponiya ilə Rusiya arasında ticarət dövriyyəsi kəskin azalıb
  21 Mart 2024    Oxunub:861
Bu ilin fevralında Rusiya ilə Yaponiya arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5% azalaraq 104,1 milyard yenaya (təxminən 690 milyon dollar) düşüb.
Bu barədə “TASS” Yaponiya Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir. Yaponiyadan Rusiyaya ixrac fevralda 33,6%, Rusiya Federasiyasından isə 10,2% azalıb.

Rusiyaya 94,2% az tibbi məhsullar daxil olmağa başlayıb, minik avtomobillərinin ixracı 4,5%, ehtiyat hissələri isə 37,4% azalıb. Rusiya da öz növbəsində taxıl məhsulları idxalını 82,7% azaldıb, lakin Rusiyadan balıq və balıq məhsullarının alışı 9% artıb.

2023-cü ildə Rusiya ilə Yaponiya arasında ticarət dövriyyəsi 45,3% azalaraq 1,43 trilyon yenaya (indiki məzənnə ilə təxminən 9,6 milyard dollar) düşüb. Bu, ilk növbədə, dəmir, əlvan metallar, neft, tibbi məhsulların tədarükünə təsir edib.


AzVision.az


Teqlər:





Xəbər lenti