Rusiyada prezident seçkilərinin nəticələrinə yekun vurulub
Belə ki, 76 milyon 277 min 708 nəfər Vladimir Putinə səs verib. Onun sözlərinə görə, ikinci yeri 4,31% səs toplayaraq Dövlət Dumasının Uzaq Şərq və Arktikanın İnkişafı Komitəsinin rəhbəri Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) tutub.
Üçüncü və dördüncü yerləri müvafiq olaraq Dövlət Dumasının sədr müavini Vladislav Davankov (“Yeni insanlar”) və LDPR lideri Leonid Slutski tutub. Onların nəticələri 3,85% və 3,2% olub.
AzVision.az
Teqlər: