Rusiya XİN: NATO Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir

      Rusiya XİN:    NATO Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir
  20 Mart 2024    Oxunub:986
NATO qarşısına maksimum vəzifə qoyur - Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “NATO-nun maksimum vəzifəsi var, yəni Cənubi Qafqazda ölkəmizə qarşı ikinci cəbhə açmaq və ümumilikdə regionu yenidən yandırmaq”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfəri növbəti dəfə region ölkələrini alyansın təsir zonasına çəkmək cəhdidir.

“Cənubi Qafqaz ölkələrin əməkdaşlığı, öz aralarında sülh razılaşmasına yaxınlaşmaları Qərbə dinclik vermir. Bu ölkələrin Rusiya ilə münasibəti Qərbi qane etmir”.


AzVision.az


Teqlər:





Xəbər lenti