Paşinyana satqın dedi, polislər evinə basqın etdilər - VİDEO

   Paşinyana satqın dedi, polislər evinə basqın etdilər    - VİDEO
  15 Mart 2024    Oxunub:803
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə yerli medianın tənqidinə tuş gəlib.
Buna səbəb Ermənistan rəhbərinin onu tənqid edən vətəndaşa polis vasitəsilə təzyiq etməsidir.

"Mamul" nəşri yazır ki, insident baş nazirin bir müddət öncə xeyli sayda təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə Erebuni biznes mərkəzinə gəldiyi zaman baş verib: "Ərazidə həm polis, həm də xüsusi xidmət orqanlarının əməkdaşları intensiv patrul xidməti aparıb. Paşinyan mərkəzin yerləşdiyi küçəyə gəldiyi anda binalardan birində eyvana çıxan qadın “satqın” deyərək qışqırıb. Bu zaman vətəndaşın ardınca bir neçə polis əməkdaşı Vazgen Sarkisyan, 26/6 ünvanındakı binaya daxil olub".


Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti