İsrail və HƏMAS girovlarla bağlı razılığa gəlməkdən uzaqdır
“Hələ danışıqlar aparılır. Yekun heç nə yoxdur. Hazırda tərəflər yekun razılaşmaya yaxın deyillər”, - adının açıqlanmasını istəməyən İsrail rəsmisi telekanala bildirib.
Kanalın mənbəsinin məlumatına görə, HƏMAS İsrail həbsxanalarından fələstinli qadın və yeniyetmə məhbusların azad edilməsinə istinad edərək, “daha ağır şəraitdə olan məhbusların sayının əvvəlkindən də çox olmasını” istəyir.
İsrail də öz növbəsində hər hansı razılaşmanın bir hissəsi kimi qalan bütün girovların azad edilməsini tələb edir.
AzVision.az
Teqlər: