BMT: “Qəzzada ölənlərin sayı kəskin şəkildə dəyişə bilər”

      BMT:    “Qəzzada ölənlərin sayı kəskin şəkildə dəyişə bilər”
  18 Dekabr 2023    Oxunub:948
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Fələstin-İsrail münaqişəsi qurbanlarının sayının hazırda dərc olunan məlumatlardan xeyli çox ola biləcəyini istisna etməyib.
O, “Financial Times”a bildirib ki, Qəzza zolağında dağıntılar altında nə qədər ölü olduğu məlum deyil. Onun sözlərinə görə, humanitar fəlakətin baş verdiyi anklavda xəstəliklə aclıq ölüm və məhrumiyyətlərin əsas səbəbinə çevrilir.

“Xəstəlikdən ölənlərin sayı hərbi əməliyyatlar və hava hücumları nəticəsində ölənlərin sayından bir neçə dəfə çox ola bilər. Bununla belə, statistika köklü şəkildə dəyişə bilər.

Türkiyədə fevral ayında baş verən zəlzələ hadisəsində, çökmə yerində işdən sonra ölənlərin sayı iki dəfə artıb. Türkiyənin cənub-şərqində ilin əvvəlində 50 mindən çox insan zəlzələnin qurbanı olub”.


AzVision.az


Teqlər:





Xəbər lenti