Niger ölkəyə hərbi müdaxilənin mümkünlüyünü istisna etmir

   Niger ölkəyə hərbi müdaxilənin mümkünlüyünü istisna etmir
  18 Dekabr 2023    Oxunub:1076
Niger hələ də ölkəyə hərbi müdaxilənin mümkünlüyünü istisna etmir, lakin onu dəf etməyə hazırdır.
Bunu hərbçilər tərəfindən baş nazir təyin edilən Əli Mahaman Lamin Zeyn bildirib. O, regiondakı vəziyyətlə bağlı illüziyalara yol verməməyi təklif edib:

“Heç bir illüziyaya ehtiyac yoxdur, hər an nəsə baş verə bilər. Ancaq unutmayın ki, bizim təcrübəli ordumuz var, terrorçulardan da güclü ordumuz var. Əgər hər hansı dövlət bizə hücum etmək qərarına gəlsə, biz özümüzü müdafiə edəcəyik”.


AzVision.az


Teqlər:





Xəbər lenti