Şimali Koreya yenə raket buraxdı

Şimali Koreya yenə raket buraxdı
  18 Dekabr 2023    Oxunub:1340
Koreya Xalq Demokratik Respublikasının (KXDR) dekabrın 18-də buraxdığı qitələrarası ballistik raket min kilometr uçandan sonra Yaponiyanın dənizdəki məxsusi iqtisadi zonasının kənarına düşüb.
Raket yerli vaxtla səhər saat 8:24-də Pxenyan yaxınlığından buraxılıb. Bu, KXDR-in il ərzində 5-ci qitələrarası ballistik raket buraxılışıdır. Şimali Koreya fevral və martda “Hwasong-15” və “Hwasong-17”, aprel və iyulda isə bərk yanacaqla işləyən “Hawsong-18” raketlərinin sınağını həyata keçirib. KXDR ilk dəfədir ki, il ərzində 5 qitələrarası ballistik raket buraxmış olur.

Cənubi Koreya Pxenyanın raket buraxılışının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozduğunu düşünür. KXDR dekabrın 17-də axşam saatlarında qısamənzilli raket də buraxıb. Həmin raket 570 kilometr uçduqdan sonra Yapon dənizinə düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti