Qureyşi: “ABŞ sionist rejimin xeyrinə 40 dəfə veto hüququndan istifadə edib”

   Qureyşi:    “ABŞ sionist rejimin xeyrinə 40 dəfə veto hüququndan istifadə edib”
  16 Dekabr 2023    Oxunub:1270
İran rəhbərinin Qərbi Azərbaycandakı nümayəndəsi və Urmiyanın cümə imamı Seyid Mehdi Qureyşi imperialist Amerika rejiminin sionist rejimin işğalı altındakı ərazilərdəki cinayətlərində həmişəki ortağı olduğunu bildirib.
AzVision.az “İRNA” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Urmiyanın cümə imamı ABŞ-nin Qəzzada atəşkəsin əleyhinə olduğunu bildirib.

“Qəzzada atəşkəslə bağlı digər ölkələrin əksinə olaraq, Amerika atəşkəsin əleyhinə idi və öz müxalifətçiliyi ilə bəyan edirdi ki, hələ qadınları, uşaqları, günahsız insanları məhv etmək lazımdır. Amerika sionist rejimin xeyrinə 40 dəfə veto hüququndan istifadə edib. BMT-nin vəzifəsi dünyada sülh və təhlükəsizliyi bərqərar etməkdir. Ancaq bütün dünya bir mövzuda bir araya gəlsə, Amerika və İngiltərə isə fərqli bir şəkildə yanaşsa və təklikdə əks tərəfdə dayanıb, o məsələyə qarşı çıxsa, veto hüququndan istifadə edir”, - Qureyşi deyib.

Cümə imamı, buna görə də həmin məsələləri icra etməyin mümkün olmadığını vurğulayaraq, belə davranışı vəhşilik qanunu və cəngəllik qanunu kimi qiymətləndirib.
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti