İran gəmisi üç ildən sonra İstanbul limanından buraxılıb
İranın “Şamim” yük gəmisi 2020-ci ilin sonlarında İspaniya sularında texniki mühərrik nasazlığı ilə üzləşib və başqa gəmi onu 2021-ci ilin yanvarında İstanbulun “Heydər” Paşa limanına gətirib.
O vaxtdan bu gəmi sanksiya məhdudiyyətlərinə görə İstanbulun Boğaziçi boğazının cənub hissəsində yerləşən limanda ilişib qalıb. Gəmi sahibinin cəhdlərinə baxmayaraq, heç bir xarici şirkət onu təmir etmək və ya almaq istəməyib.
Nəhayət, 3 ildən sonra “Şamim” gəmisi İranın dispetçer qrupları tərəfindən təmir edilib və bu təmirə görə 4 dəfə cərimə olunub. Həmçinin, Heydər paşa limanına yanalma üçün 1,3 milyon dollar liman haqqı ödənilib.
AzVision.az