Çin Yer planetini uzaq məsafədən zondlayan peykini orbitə çıxarıb

Çin Yer planetini uzaq məsafədən zondlayan peykini orbitə çıxarıb
  16 Dekabr 2023    Oxunub:1507
Çin "Yaohan-41" uzaqdan optik zondlama peykini "Çançjen-5" raketi ilə orbitə uğurla çıxarıb.
AzVision.az xəbər verir ki, bu barədə Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Peykin orbitə buraxılması Vençan kosmodromundan həyata keçirilib.

Korporasiyanın məlumatına əsasən, sözügedən qurğu vasitəsilə əldə edilmiş şəkillərdən müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı torpaqlarının məhsuldarlığının qiymətləndirilməsi, meteoroloji proqnozlaşdırma, təbii fəlakət risklərinin monitorinqi, həmçinin milli iqtisadiyyatın inkişaf etdirilməsi məqsədləri üçün istifadə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti