Qara dəlik atom bombasından 250 dəfə çox enerji istehsal edə bilər

   Qara dəlik atom bombasından 250 dəfə çox enerji istehsal edə bilər
  15 Dekabr 2023    Oxunub:1049
Pekin Universitetinin Astronomiya və Astrofizika İnstitutunun çinli alimləri bir gün bəşəriyyətə qara dəliklərdən enerji mənbəyi kimi istifadə etməyə imkan verəcək üsul təklif ediblər. Bu halda insanlar bu obyektləri batareya kimi doldura biləcəklər.
Tədqiqat “Physical Review D” elmi jurnalında dərc olunub. Mütəxəssislərin hesablamalarına görə, qara dəliyin yüklənməsi nəzəri olaraq onun içinə kütləvi elektrik yüklü hissəciklər göndərməklə həyata keçirilə bilər.

Bu yüklər, maddənin yeni hissələrini dəf edən dəlikdə elektrik sahəsi görünənə qədər sorulacaq. Alimlərin fikrincə, qara dəlik ona daxil edilən kütlənin təxminən 25%-ni istifadə edilə bilən enerjiyə çevirir. Belə ki, qara dəlik tam yüklənərsə, o, pozitron axınlarını atmağa başlayacaq və bu axınlar daha sonra enerji kimi toplanacaq.

Belə bir mənbə atom bombasının buraxdığı enerjidən təxminən 250 dəfə çox enerji istehsal edərdi. Alimlərin təklifləri yalnız nəzəriyyə olaraq qalsa da, gələcəkdə bəşəriyyət Kainatdakı ən təhlükəli obyektlərdən bəzilərini öz xeyrinə istifadə etməyin yolunu tapa bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti