Milli Paralimpiya Komitəsinin prezidenti istefa verib

   Milli Paralimpiya Komitəsinin prezidenti istefa verib
  23 İyun 2023    Oxunub:1248
İlqar Rəhimov Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsindən istefa verib.
Funksioner bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib. Rəhimov bu qərarı Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) prezidenti vəsifəsinə namizədliyi ilə bağlı qəbul etdiyini bildirib:

"İyunun 30-da Portuqaliyada IBSA-nın növbədənkənar Baş Assambleyası keçiriləcək. Assambleyada yeni İdarə Heyəti seçiləcək. Mən IBSA-nın prezidentliyinə namizədliyimi irəli sürmüşəm. Seçiləcəyim təqdirdə fəaliyyətimi dünya təşkilatında islahatlara və dəyişikliklərə həsr etmək istəyirəm. IBSA-da dəyişikliklər üçün platformamı həyata keçirə bilmək və maraqların toqquşması kimi mənfi nəticələrin qarşısını almaq üçün hazırkı vəzifəmdən istefa verirəm".

Rəhimov işində ona kömək və dəstək olan hər kəsə, bütün məşqçilərə və idmançılara təşəkkür edib: "Daim göstərilən diqqət və qayğıya görə bütün dövlət qurumlarına minnətdaram. Ən əsası, bu illər ərzində mənə göstərilən etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Söz verirəm ki, bu mötəbər dünya idman təşkilatının rəhbərliyində doğma Azərbaycanımı layiqincə təmsil edəcəyəm".

İyulun 7-də Milli Paralimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransı keçiriləcək və orada quruma yeni prezident seçiləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti