Stoltenberq: "NATO Kiyevə 65 milyard avro hərbi yardım edib"

  Stoltenberq:   "NATO Kiyevə 65 milyard avro hərbi yardım edib"
  03 Aprel 2023    Oxunub:839
"NATO ölkələri Ukraynaya 65 milyard avro dəyərində silah göndəriblər və hazırda çoxillik hərbi təchizat proqramı hazırlayır". AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransında deyib.
"Müttəfiqlər Ukraynaya 65 milyard avro hərbi yardım edib və mən müasir tankların, zirehli transportyorların Ukraynaya gəlməyə başlamasını alqışlayıram. Biz Ukrayna Silahlı Qüvvələrinin sovet silahlarından Qərb silahlarına keçməsi ilə güclənməsi üçün dəstəyimizi necə artıracağımızı müzakirə edəcəyik. Mən nazirlərin Ukrayna üçün çoxillik proqramın hazırlanması üzrə işlərin başlanması ilə bağlı razılığa gələcəklərini gözləyirəm”, - o, NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü ərəfəsində bildirib. .

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti