"Putin necə deyibsə, elə də olacaq" - Peskov

"Putin necə deyibsə, elə də olacaq"    - Peskov
  03 Aprel 2023    Oxunub:954
"Belarus hərbçilərinin Rusiya nüvə silahlarının idarə edilməsi üzrə təlimi Rusiya Federasiyası prezidentinin elan etdiyi tarixdə başlayacaq".
AzVision.az xəbər verir ki, bunu Kreml rəsmisi Dmitri Peskov deyib.

"Əgər Putin deyibsə, deməli, belə də olacaq. Amma ümumilikdə götürdükdə, bu əlbəttə ki, bizim hərbçilərin səlahiyyətindədir", - prezidentin mətbuat katibi Dmitri Peskov təlimlərin 3 apreldə başlanıb-başlanmayacağı ilə bağlı suala cavab verib.

Xatırladaq ki, Vladimir Putin Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisinin iyulun 1-də başa çatacağını, aprelin 3-də isə ekipaj hazırlığı başlayacağını bəyan etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Peskov   Putin  





Xəbər lenti