Rusiyadakı partlayışın detalları: Əynini dəyişib qaçmaq istəyirmiş - VİDEO

   Rusiyadakı partlayışın detalları:    Əynini dəyişib qaçmaq istəyirmiş  -  VİDEO
  03 Aprel 2023    Oxunub:1228
Hərbi müxbir Vladlen Tatarskinin qatili olduğu iddia edilən Daria Trepova onunla görüşə heykəlcik gətirdiyini və içindəki qurğunun partladığını etiraf edib.
Bu barədə TASS Daxili İşlər Nazirliyinə istinadən xəbər verir. O, həmçinin partlayıcı ilə heykəlciyi tədbirə apardığını və hərbi jurnalistə təhvil verdiyini təsdiqləyir. Heykəlciyi təhvil verdikdən sonra Trepova kafedən çıxıb, metronun "Vasileostrovskaya" stansiyasının yaxınlığındakı kirayə götürdüyü mənzilə gəlib, paltarını dəyişib və cinayət yerini yeni imicdə tərk edib.

Bundan əlavə, qız bu hədiyyəni ona kimin verdiyi barədə daha sonra danışacağını vəd edir.



Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib. Partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.

Nəticədə bir nəfər ölüb, 32 nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.

Kafedə hərbi jurnalistə yaxınlıqda əyləşən Daria Trepova ona içində partlayıcı qurğu olan heykəlcik hədiyyə edib.

“Xatırladığım qədər, aparıcı bu heykəli qutudan çıxardı və Vladlen onu əlində tutdu. Onlar baxdılar, güldülər, yenidən yerinə qoydular. Sonra bir dəqiqə keçməmiş partlayış baş verdi. Hamı qaçdı”, -hadisə şahidi Alisa deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti