Peskov: "Parad ilə bağlı planlarda heç bir dəyişiklik yoxdur"

    Peskov:  "Parad ilə bağlı planlarda heç bir dəyişiklik yoxdur"
  03 Aprel 2023    Oxunub:1568
"Bu il Qələbə Gününün qeyd olunması formatı dəyişməyəcək".
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Əlbəttə ki, təhlükəsizliyin təmin edilməsi üçün gücləndirilmiş tədbirlər görülür və görüləcək. Paradın keçirilməsi ilə isə bağlı planlarda heç bir dəyişiklik yoxdur", - Peskov jurnalistlərə bildirib.

Qeyd edək ki, Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş parad mayın 9-da Qırmızı Meydanda baş tutacaq. Mayın 7-də isə məşq prosesi olacaq. Rusiyanın müdafiə naziri Sergey Şoyqu martın 22-də Müdafiə Nazirliyinin kollegiyasında deyib ki, paradda 10 mindən çox insan, iştirak edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Peskov  





Xəbər lenti