"Məni aldatdılar! Mən sadəcə istifadə olunurdum!"

   "Məni aldatdılar! Mən sadəcə istifadə olunurdum!"
  03 Aprel 2023    Oxunub:1107
Hərbi müxbir Vladlen Tatarskini qətlə yetirməkdə şübhəli bilinən Daria Trepovanın həbsindən sonra ilk ifadəsi məlum olub. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
"Məni aldatdılar! Mən sadəcə istifadə olunurdum!" - o bildirib. Bundan əvvəl Rusiya İstintaq Komitəsi Sankt-Peterburqda kafedə partlayış törətməkdə şübhəli bilinən Daria Trepovanın həbs edildiyini açıqlamışdı. Qız kirayədə qaldığı mənzildə tapılıb.

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib. Partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.

Nəticədə bir nəfər ölüb, 32 nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.

Kafedə hərbi jurnalistə yaxınlıqda əyləşən qız ona içində partlayıcı qurğu olan heykəlcik hədiyyə edib.

“Xatırladığım qədər, aparıcı bu heykəli qutudan çıxardı və Vladlen onu əlində tutdu. Onlar baxdılar, güldülər, yenidən yerinə qoydular. Sonra bir dəqiqə keçməmiş partlayış baş verdi. Hamı qaçdı”, -hadisə şahidi Alisa deyib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti