Jurnalisti öldürən Trepova Sankt-Peterburqda saxlanıldı

 Jurnalisti öldürən Trepova  Sankt-Peterburqda saxlanıldı
  03 Aprel 2023    Oxunub:2406
Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları hərbi jurnalist Vladlen Tatarskini öldürməkdə şübhəli bilinən Darya Trepovanı saxlayıb. Bu barədə “Fontanka” məlumat yayıb.
Qız kirayədə qaldığı mənzildə tapılıb. Rusiya İstintaq Komitəsi şübhəlinin saxlandığını təsdiqləyib. Onu müstəntiqin yanına aparırlar.

Daha əvvəl məlumat verilmişdi ki, Daxili İşlər Nazirliyi Daria Trepovanı axtarışa verib.

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib. Partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.

Nəticədə bir nəfər ölüb, 32 nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti