Sankt-Peterburqdakı partlayışa görə şübhəli bilinən qız axtarışa verildi

  Sankt-Peterburqdakı partlayışa görə şübhəli bilinən qız axtarışa verildi
  02 Aprel 2023    Oxunub:1020
Sankt-Peterburqda kafeni partlatmaqda şübhəli bilinən qız axtarışa verilib.
Bununla bağlı məlumatı "112" Telegram kanalını təsdiq edir. O, hərbi komissar Vladlen Tatarski (əsl adı Maksim Fomin) ilə görüşdə iştirak edib.

Onun partlayıcı qurğunu sonradan Tatarskiyə təqdim etdiyi heykəlcikdə gizlətdiyi iddia edilir.

Sankt-Peterburqun "Street-bar" kafesində partlayış olub. 112-nin ilkin məlumatına görə, partlayış nəticəsində bir nəfər ölüb, daha altı nəfər yaralanıb.

TASS 15 nəfərin yaralandığını, Tatarskinin isə öldüyünü iddia edir. Rusiya Daxili İşlər Nazirliyi hərbi müxbirin ölümünü təsdiqləyir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti