İranın ikinci hərbi müşaviri Suriyada öldürüldü

   İranın ikinci hərbi müşaviri Suriyada öldürüldü
  02 Aprel 2023    Oxunub:852
İran İslam İnqilabı Keşikçiləri Korpusunun ikinci hərbi müşaviri Mikdad Mehqani Suriyada ölüb. Bu barədə bazar günü Mehr xəbər agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, Mehqani cümə günü İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin ətrafına raket zərbəsi endirməsi nəticəsində ölümcül yaralanıb.

Bundan əvvəl SEPAH-ın hərbi müşaviri Milad Heydərinin ölümü ilə bağlı xəbər yayılmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti