London məhbusları azad etmək üçün Talibanla danışıqlar aparır
"Dünyanın təhlükəli guşələrinə göndərilən hər kəs son dərəcə diqqətli olmalı, Xarici İşlər Nazirliyinin tövsiyələrinə əməl etməlidir. Xaricdəki britaniyalıların təhlükəsizliyi üçün risklər varsa, Böyük Britaniya hökuməti onların təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcək.
Hökumət danışıqlar aparır və insanların təhlükəsizliyini təmin etmək üçün çox çalışır”,- o, Sky News-a müsahibəsində deyib.
Kanalın məlumatına görə, saxlanılanlar arasında qaynar nöqtələrə səfərləri sayəsində şöhrət qazanmış 23 yaşlı videobloqer Mayls Ratlec də var.
O, hökumətin devrilməsi və Talibanın hakimiyyətə qayıdışı zamanı Kabildə olub və Britaniya hərbçiləri tərəfindən təxliyə edilib. Bu ilin mart ayında onun Əfqanıstana qayıtdığı iddia edilərək sosial şəbəkələrdə paylaşımlar etməyi dayandırıb.
Həbsdə olan ikinci britaniyalı xeyriyyə təşkilatında çalışan 53 yaşlı həkim Kevin Kornueldir. O, yanvarın 11-də Taliban kəşfiyyat xidmətləri tərəfindən saxlanılıb. Sky News xəbər verir ki, o, qanunsuz silah saxlamaqda ittiham olunur.
Saxlanılan üçüncü britaniyalı Kabildə otel müdiridir, adı və saxlanma səbəbləri məlum deyil.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: