"Səfirinizi qovmuruq, onu buraxın" - Bayden
!["Səfirinizi qovmuruq, onu buraxın" - Bayden "Səfirinizi qovmuruq, onu buraxın" - Bayden](https://azvision.az/photos/2023/03/1645113712-1658939457-1680284730.jpg)
"Onu buraxın", - ABŞ prezidenti media nümayəndəsi ilə söhbəti zamanı deyib.
Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda Amerikanın “The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçi saxlayıb.
Jurnalistin Yekaterinburqda məxfi məlumatları əldə etməyə çalışarkən saxlanıldığı bildirilir. FTX-nin məlumatına görə, ABŞ-ın göstərişi ilə Qerşkoviç Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məlumat toplayırmış.
Rusiya FTX-nin İstintaq İdarəsi Qerşkoviçə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi açıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: