Kunaşir adasının sahilində minlərlə ölü sardina tapılıb

Kunaşir adasının sahilində minlərlə ölü sardina tapılıb
  13 Yanvar 2023    Oxunub:916
Rusiyanın Saxalin bölgəsində yerləşən Kunaşir adasının sahilində çoxlu sayda ölü sardina tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə “Amur Mash” Telegram kanalı yazıb. Yerli sakinlər ilk ölü balıqları bir neçə gün əvvəl görməyə başlayıblar.

Qeyd olunub ki, hazırda Pervuxin körfəzi ölü sardinalarla doludur. Mütəxəssislər ərazidə çirklənmə aşkar etməyiblər. Çox sayda balıqların ölüm səbəbi analiz və müayinələrdən sonra müəyyən ediləcək.



AzVision.az



Teqlər:





Xəbər lenti