Rusiya XİN: “Ukrayna ilə mümkün danışıqlar vasitəçilərsiz aparılacaq”

      Rusiya XİN:    “Ukrayna ilə mümkün danışıqlar vasitəçilərsiz aparılacaq”
  13 Yanvar 2023    Oxunub:1036
“Dialoqun bərpa olunacağı təqdirdə Rusiya və Ukrayna arasında danışıqlar üçün ən yaxşı variant birbaşa, vasitəçisizdir”.
AzVision.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk bildirib. Polişçuk Moskvanın gələcəkdə mümkün danışıqların birbaşa Kiyevlə aparılmasına hazır olub-olmaması sualına cavab verərkən deyib ki, əgər ölkələr arasında təmaslar nə vaxtsa bərpa olunarsa, o zaman danışıqlar çox güman ki, birbaşa olacaq.

O, bunu onunla izah edib ki, vasitəçilər danışıqlarda iştirak edəndə öz maraqlarından çıxış edərək, onların gedişinə təsir göstərirlər: “Bu, ən yaxşı variant olardı, çünki praktikanın göstərdiyi kimi, Qərb vasitəçiləri çox vaxt öz məqsədlərini güdürlər və münaqişənin həlli üçün deyil, öz siyasi və iqtisadi maraqları çərçivəsində hərəkət edərək danışıqların gedişinə təsir göstərməyə çalışırlar”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti