Türkiyədən qətiyyətli addım: İsveç parlamentinin sədrinin səfəri ləğv olundu
![Türkiyədən qətiyyətli addım: İsveç parlamentinin sədrinin səfəri ləğv olundu Türkiyədən qətiyyətli addım: İsveç parlamentinin sədrinin səfəri ləğv olundu](https://azvision.az/photos/2023/01/mustafa-1673550743.jpg)
"İsveçin demokratiya üçün açıq təhlükə olan bu dəhşətli terror aktına icazə verməsi və buna göz yumması qəbuledilməzdir. NATO-ya üzv olmağa can atan bir dövlətdə belə bir hücumun asanlıqla baş verməsi təhlükəli və çox ciddidir", - Şentop "Twitter"də yazıb.
Stokholmda ən azı bir neçə yüz nəfərin iştirak etdiyi PKK-ya dəstək aksiyası keçirilib.
Yürüş iştirakçıları PKK-nın simvollarını, lideri Abdullah Öcalanın portretlərini nümayiş etdiriblər.
Bundan əlavə, Ankaranın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsviri olan kuklaya qarşı təhqiramiz hərəkətlər edilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: