Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında söyləyib. D.Peskov deyib ki, rəsmi Moskva bu xəbərləri diqqətlə izləyir. Onun sözlərinə görə, Türkiyənin Ukraynaya “Bayraktar” pilotsuz uçuş aparatları və onların sursatlarını göndərməsi Rusiyaya məlumdur. O əlavə edib ki, Türkiyənin həm NATO üzvü kimi, həm də müstəqil dövlət kimi digər ölkələrlə ikitərəfli münasibətləri var.
“Eyni zamanda, bizi Türkiyə ilə qarşılıqlı fayda, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət və ən mürəkkəb problemləri müzakirə etməyə hazırlığa əsaslanan qarşılıqlı tərəfdaşlıq münasibətləri birləşdirir”, -deyə D.Peskov vurğulayıb.
İlkin Nəcəfzadə
AzVision.az