Ukrayna Prezidenti Vladimir Zelenski Lvova gedib. Bu barədə dövlət başçısının özü məlumat verib və bununla bağlı müvafiq video yayımlayıb.
Onun səfəri Ukrayna əsgərlərinin xatirəsinin yad edilməsi ilə başlayıb. "Azadlığımız və dövlətimizin müstəqilliyi uğrunda canlarından keçənlərin hamısına həmd olsun! Ukraynaya şöhrət!" - Zelenski Lıçakov qəbiristanlığının Mars sahəsindən video paylaşıb.