"Ərəb körfəzi": İranı bu sözlə "cinləndirdilər"

      "Ərəb körfəzi":    İranı bu sözlə "cinləndirdilər"
  11 Yanvar 2023    Oxunub:1205
İraqın Tehrandakı səfiri Nasir Əbdül Möhsün Abdullah bir sıra iraqlı siyasətçilərin Millətlər Kuboku futbol turniri zamanı Fars körfəzini “ərəb körfəzi” adlandırması ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə çərşənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“İraqla strateji, qardaşlıq və dərin münasibətimiz olmasına baxmayaraq, bu məsələ ilə bağlı açıq şəkildə öz etirazımızı bildirdik. İraq səfirini Xarici İşlər Nazirliyinə çağırdıq və İran xalqının Fars körfəzinin dəqiq və tam adının istifadəsi ilə bağlı həssaslığını izah etdik”, - Abdullahian vurğulayıb.

Bundan əvvəl FİFA prezidenti Canni İnfantino turnirin açılışındakı çıxışında Fars körfəzini “Ərəb körfəzi ” adlandırmışdı.

Nüfuzlu siyasətçi, İraqın “Mehdi Ordusu” şiə yarımhərbi təşkilatının lideri Müqtəda əs-Sədr də bir gün əvvəl öz "Twitter" kanalında tədbirin qonaqlarına təbrik mesajı yerləşdirərkən "Ərəb kərfəzi" sözünü işlətmişdi.

Körfəz Millətləri Kuboku 1970-ci ildən keçirilən və Fars körfəzi ölkələrinin komandalarının iştirak etdiyi futbol turniridir. 25-ci Kubok 2023-cü il yanvarın 6-dan 19-dək İraqın Bəsrə şəhərində keçirilir. İraq 1979-cu ildən bəri ilk dəfə tədbirə ev sahibliyi edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti