Ermənistan ordusunda kişi tapılmır, arvadların ümidinə qalıblar

   Ermənistan ordusunda kişi tapılmır,    arvadların ümidinə qalıblar
  11 Yanvar 2023    Oxunub:917
"Ermənistanda qadınların hərbi xidmətə cəlb edilməsi ilə bağlı qanun layihəsi hələ hazırlanma mərhələsindədir, hələ dövriyyəyə buraxılmayıb".
Bunu jurnalistlərə Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyan deyib. Onun sözlərinə görə, bu fikrin yaranmasına səbəb müdafiə və təhlükəsizliklə bağlı məsələlərdə qadınların fəallığı olub. Nazir müavini qeyd edib ki, Müdafiə Nazirliyi əvvəllər qadınlar üçün atıcılıq kursları təşkil edib və nəticələr rəhbərliyi yaxşı mənada təəccübləndirib.

Bu və digər amillər nəzərə alınaraq müvafiq qanunvericilik təşəbbüslərinin müzakirəsinə başlanılması qərara alınıb. Sarkisyanın sözlərinə görə, qadınlar üçün hərbi xidmət yalnız könüllü olacaq.

"Bəzi hüquqi prosedurlardan keçdikdən sonra qanun layihəsi ictimaiyyətə təqdim olunacaq və bütün maraqlı tərəflər öz fikirlərini bildirmək imkanı əldə edəcəklər. Artıq təxmini layihəmiz var, lakin konkret danışmaq hələ tezdir", - o deyib.

Nazirlik rəsmisi əlavə edib ki, söhbət qadınların potensialından silahlı qüvvələrin döyüş hazırlığının artırılmasından gedir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti