"Avropa və NATO Üçüncü Dünya Müharibəsinə başlamağı planlaşdırırlar" - Fransalı siyasətçi

   "Avropa və NATO Üçüncü Dünya Müharibəsinə başlamağı planlaşdırırlar" -    Fransalı siyasətçi
  11 Yanvar 2023    Oxunub:726
"Avropadan və NATO-dan olan "dəlilər" üçüncü dünya müharibəsinə başlamağı planlaşdırırlar.
AzVision.az xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Avropa İttifaqı və Şimali Atlantika Alyansı rəhbərliyinin Ukraynaya dəstək haqqında imzaladığı birgə sənədi şərh edərkən deyib. Onun fikrincə, bu bəyannamə, nəhayət, Aİ-ni hərbi-siyasi blokun “Amerika qoynuna” çevirir.

Siyasətçinin sözlərinə görə, bu yolla təşkilat rəhbərləri genişmiqyaslı silahlı qarşıdurma yaratmaq niyyətindədirlər.

Filippo sosial şəbəkələrdə fikirlərini "Moskvaya qarşı hiperaqressiv razılaşma. Bu dəlilər dünya müharibəsi planlaşdırır", sözləri ilə yekunlaşdırıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti