Ukraynaya 40 milyon avroluq yeni dəstək

 Ukraynaya 40 milyon avroluq yeni dəstək
  10 Yanvar 2023    Oxunub:849
Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya əlavə 40 milyon avro ayrılacağını açıqlayıb.
AzVision.az bu barədə DPA agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Kiyevin ehtiyacı olduğu müddətdə Almaniya Ukraynanı dəstəkləyəcək.

İlkin məlumatlara görə, vəsait Ukraynada minaların təmizlənməsinə, həmçinin generatorların genişləndirilməsinə sərf olunacaq.

Bundan əvvəl Estoniya, Polşa və Finlandiyanın xarici işlər nazirləri telefon danışıqları zamanı Ukraynaya yardımı, o cümlədən Rusiyanın dondurulmuş aktivlərinin bu məqsədlə istifadəsini müzakirə ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti