Ərdoğan: "PKK-nın İraqda varlığına son qoyulmalıdır"

    Ərdoğan:    "PKK-nın İraqda varlığına son qoyulmalıdır"
  10 Yanvar 2023    Oxunub:946
"PKK-nın İraqda varlığına son qoyulmalıdır".
AzVision.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı zamanı deyib.

İraqın sülh, sabitlik və ərazi bütövlüyünə Türkiyə qədər önəm verdiklərini bildirən Ərdoğan PKK-nın İraq torpaqlarında varlığına son qoyulmasının milli təhlükəsizlik maraqlarına cavab verdiyini qeyd edib.

Söhbət zamanı Türkiyə-İraq əlaqələri və regional məsələlər müzakirə edilib. Ərdoğan ikitərəfli və regional əməkdaşlığın qarşıdakı dövrdə bütün sahələrdə daha da güclənəcəyinə inandığını vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti