Dövlət başçısı: "Revanş edə bilməyəcəksiniz!"
![Dövlət başçısı: "Revanş edə bilməyəcəksiniz!" Dövlət başçısı: "Revanş edə bilməyəcəksiniz!"](https://azvision.az/photos/2023/01/7aa3bc1a-0180-3998-8d44-7aec72672ef0_850-1673370514.jpg)
“Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik. Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki, hüdudlarımızın kənarında. Bu, bizim legitim hüququmuzdur. Ona görə belə cəhdlər var və biz görürük, bilirik hansı ölkələr Ermənistana silah verməyə hazırlaşırlar. Əfsuslar olsun ki, onların arasında Hindistan da indi rol alıb. Biz bunu qeyri-dost addım kimi qiymətləndiririk. Çünki bu silahların, özü də hücum silahlarının bir hədəfi var, o da Azərbaycandır”, - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident vurğulayıb ki, biz lazımi tədbirləri görürük və Ermənistanın bizim üçün təhlükə yaratmasına heç vaxt imkan verə bilmərik.
AzVision.az