Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar cərrahi müdaxilənin uğurlu keçdiyini və əsgərin müalicə olunduğunu bildirib.
Əl qumbarası avtomat tüfənginin ağzının altına quraşdırılmış qumbaraatandan əsgərin bədəninə girib. Hadisənin silahdakı nasazlıq nəticəsində yaranan geri çəkilmə səbəbindən baş verdiyi güman edilir.
Sosial şəbəkələrdə bir çox istifadəçi adı açıqlanmayan əsgəri “dünyanın ən şanslı əsgəri” adlandırıb.
![](https://azvision.az/photos/2023/01/324607255_837588284017500_4260351856870149195_n-1673356548.jpg)
Şahanə Rəhimli
AzVision.az