Erməni jurnalistlər Paşinyandan incidi: "Ayrı-seçkilik edirsən"

  Erməni jurnalistlər Paşinyandan incidi:  "Ayrı-seçkilik edirsən"
  10 Yanvar 2023    Oxunub:851
Ermənistan Jurnalistlər Birliyi baş nazir Nikol Paşinyanın bugünkü mətbuat konfransında iştirak etmək üçün media qurumlarının seçimində ayrı-seçkiliyə yol verməsi barədə məlumat yayıb.
AzVision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, təşkilat hökumət başçısını demokratik olmamaqda, mətbuat azadlığı prinsiplərinə zidd davranmaqda ittiham edib.

Jurnalistlər Birliyi hökumət aparatını tezliklə qərara yenidən baxmağa və yanvarın 10-da keçiriləcək mətbuat konfransında istisnasız olaraq bütün media nümayəndələrinin iştirakını təmin etməyə çağırır.

Qeyd edək ki, bu gün N.Paşinyan mətbuat konfransı keçirəcək. O dünən bildirmişdi ki, jurnalistlərin əvvəlcədən yazıb göndərdikləri suallara cavab verməyəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti