Amerikalı jurnalistlərdən Baydenə müraciət: Namizəd olma!

   Amerikalı jurnalistlərdən Baydenə müraciət:    Namizəd olma!
  09 Yanvar 2023    Oxunub:625
ABŞ-da jurnalistlər ABŞ prezidenti Co Baydenə müracitə edərək onu ikinci müddətə namizəd olmamağa çağırıblar.
Bu barədə “New York Post”da dərc edilən materialında deyilir. Məqalədə Baydeni bir daha prezident seçkilərində iştirak etməməklə bağlı çağırış edilib.

Jurnalistlərin çağırışına Respublikaçı senator Nikol Malliotakis də qoşulub: “C Bayden bir çox böhrana səbəb olub. Ölkəmiz onun prezidentliyinin daha dörd ilini dözə bilməz”.

NYP qeyd edib ki, Ağ Evin 46-cı rəhbəri 80 yaşına baxmayaraq, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını yaxın gələcəkdə açıqlamaq niyyətindədir.

KİV həmçinin ABŞ iqtisadiyyatındakı bir sıra digər problemləri, o cümlədən inflyasiya səviyyəsini və cənub sərhədindəki “fəlakətli” vəziyyəti qeyd edib.


AzVision.az



Teqlər:





Xəbər lenti