Gürcüstan "Buk"u Ukraynaya qaytarmaqdan imtina etdi

   Gürcüstan "Buk"u Ukraynaya qaytarmaqdan imtina etdi
  09 Yanvar 2023    Oxunub:729
Ukrayna Gürcüstandan 2008-ci ildə ona verilmiş "Buk" komplekslərini geri qaytarmağı xahiş etsə də, Gürcüstan hökuməti bundan imtina edib.Bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov bildirib.
Müraciət Ukraynaya sovet tipli sistemlərə inteqrasiya oluna bilən RİM-7 Sea Sparrow raketlərinin tədarükü ilə bağlı ola bilər.

"RIM-7 Sea Sparrow" - yarı aktiv radar başlığına malik, gəmidən havaya idarə olunan Amerika raketidir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Ukraynaya üç milyard dollarlıq hərbi yardım paketini ayırmışdı. ABŞ yeni yardım paketi çərçivəsində ilk dəfə olaraq Ukraynaya 155 mm-lik 18 özüyeriyən haubitsa verəcək.

Siyahıda həmçinin "RIM-7 Sea Sparrow" zenit raketləri də var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti