Britaniyada dövlət avtomobilində Çin istehsalı izləmə cihazı aşkar olunub
![Britaniyada dövlət avtomobilində Çin istehsalı izləmə cihazı aşkar olunub Britaniyada dövlət avtomobilində Çin istehsalı izləmə cihazı aşkar olunub](https://azvision.az/photos/2023/01/izlem-1673105379.jpg)
Krallığın kəşfiyyat orqanlarındakı mənbələr hesab edir ki, avtomobilə izləyici cihazın yerləşdirilməsinin arxasında Çin kəşfiyyatı dayana bilər.
Qeyd olunub ki, rəsmi London artan casusluq qorxusu səbəbindən avtomobilləri diqqətlə yoxlayıb. Nəticədə nəqliyyat vasitələrinin birində koordinatları ötürə bilən SİM kart aşkarlanıb.
“Bu, hökumət haqqında aylar və illər boyu məlumat toplamağa, daim hərəkətləri izləməyə, davam edən fəaliyyətlərin müfəssəl mənzərəsini yaratmağa imkan verir. Bu, çox uzun müddət ərzində, yavaş-yavaş və metodik şəkildə edilə bilər”, - mənbələrdən biri deyib.
Əvvəllər krallığın təhlükəsizlik xidmətlərində çalışmış nəşrin digər mənbəsi Britaniya nazirlərinin yerdəyişməsi ilə bağlı məlumatı təkcə Çinin deyil, Rusiyanın xüsusi xidmət orqanlarının da ala biləcəyini irəli sürüb.
AzVision.az