Türkiyənin Baş Konsulluğuna hücumla əlaqədar 2 nəfər saxlanılıb

   Türkiyənin Baş Konsulluğuna hücumla əlaqədar 2 nəfər saxlanılıb
  07 Yanvar 2023    Oxunub:1000
Türkiyənin Fransadakı Baş Konsulluğuna “Molotov kokteyli” ilə hücum edilib.
Fransanın BFM TV telekanalının yaydığı məlumata görə, hadisə Marseldə baş verib.

Türkiyə Baş Konsulluğuna hücumda şübhəli bilinən 2 şəxs saxlanılıb, daha 2 nəfərin axtarışı davam etdirilir.

Həmin şəxslərin kürd əsilli olduğu məlumdur. Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.

Zərərçəkənlər barədə məlumat verilməyib.

AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti