"Ancaq bu, əvvəlki variantlar kimi deyil. Əvvəlki variantlar bir az daha vəhşi idi. Bu variant bir az daha yaxşıdır və insanları xəstəxanaya çox aparmır. Xəstəxanaya yerləşdirmə nisbətləri daha azdır. Halbuki, cəmiyyətdə xəstələnmə nisbəti daha yüksəkdir".
![](https://azvision.az/photos/2023/01/63b91ece79da3e16ac93c811-3346159832.jpg)
Yeni variantın əsas simptomları dəyişməz qalır: öskürək, soyuqdəymə, zəiflik, yorğunluq, halsızlıq, qızdırma, boğaz və bədən ağrıları.
Türkiyəli həkim dünyanın hər yerində qrip və koronavirusun qarışıq müşahidə edildiyini vurğulayıb:
"Bu gün Şimal yarımkürəsində heç bir ölkə yoxdur ki, “XBB 1.5” variantına daxil olmasın. İnsanlar arasında müşahidə edilən öskürək, boğaz ağrısı və halsızlıq halları əslində "XBB 1.5" variantlarıdır", deyə Ə.Alim əlavə edib.
Aytən Zəhra
AzVision.az