Azərbaycandan qaz ixracı 3,5 faiz artıb

Azərbaycandan qaz ixracı 3,5 faiz artıb
  16 Fevral 2022    Oxunub:1583
Bu ilin yanvar ayında Azərbaycanda magistral qaz kəmərləri ilə 3 674,6 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 3,5% çoxdur.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata görə, qaz nəqlinin 45,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Belə ki, hesabat dövründə bu kəmərlə 1 683,1 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,73%-lik artım).

Xatırladaq ki ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Hesabat dövründə bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci illə müqayisədə 43,6%-lik artım).

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib.

Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür. Lakin hazırda qaz kəməri vasitəsi ilə Cənub Qaz Dəhlizi çərçivəsində "mavi yanacaq" Avropaya da yönəldilir.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub.

AzVision.az



Teqlər: Qaz  





Xəbər lenti