Ötən ay 26 min manatdan çox maaşın ödənilməsi gecikdirilib

Ötən ay 26 min manatdan çox maaşın ödənilməsi gecikdirilib
  11 Fevral 2022    Oxunub:1230
Ötən ay araşdırmalar zamanı işəgötürənlərin 26 685 manat əməkhaqqının işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.
Bu barədə AzVision.az -a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Qeyd olunub ki, həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Bundan başqa, ötən ay üçün ölkədə əmək qanunvericiliyi ilə bağlı 103 hüquq pozuntusu aşkarlanıb.

AzVision.az



Teqlər: Maaş  





Xəbər lenti