Rövşən Nəcəf SOCAR-ın prezidenti oldu

  Rövşən Nəcəf SOCAR-ın prezidenti oldu
  10 Fevral 2022    Oxunub:7087
Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib. AzVision.az -ın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.

Rövşən Nəcəf eyni zamanda Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvləri sırasından çıxarılıb. Bu Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

AzVision.az



Teqlər: SOCAR  





Xəbər lenti